Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
22.04.2025 / Xəbərlər

Komitə sədri din xadimi kimi yeni təyinat alan şəhid ailəsi üzvləri və qazilərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 22-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün cari ilin 20-28 fevral tarixlərində keçirilmiş müsahibədə uğur qazanaraq təyinat alan şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə görüşüb.

Görüşdə Ramin Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfər barədə danışıb. Şəhid ailələrinə və qazilərə qayğı göstərməyin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirləri diqqətə çatdıran Komitə sədri ölkəmizdə milli-mənəvi irsə, dini dəyərlərə dərin ehtiramın mövcud olduğunu deyib. Bu sağlam mühitin qorunmasının, dini təəssübkeşliyin dini təkəbbürə, fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyinə toxunub.

Komitə sədri din xadimlərini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra yeni təyinat almış din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Görüş iştirakçıları dövlətin onlara yaratdığı şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.