Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
01.11.2024 / Xəbərlər

Komitə sədri Biləcəri qəsəbəsi I məhəllə məscidinin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 1-də Biləcəri qəsəbəsi I məhəllə məscidində olub.

Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Komitə sədri bildirib ki, dini sahədə dövlət siyasəti dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanır. Ölkəmizdəki dini dözümlülük mühiti müxtəlif millətlər və konfessiyalar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin edir.

R.Məmmədov qeyd edib ki, dövlət-din münasibətləri modelinin və mütərəqqi dini dəyərlərin əhəmiyyətinin ictimai fikrə çatdırılması üçün dini maarifləndirmə işinin səmərəli şəkildə təşkili vacib əhəmiyyət daşıyır. Bu sahədə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Din xadimləri dövlət tərəfindən dini sahəyə göstərilən qayğını yüksək dəyərləndirdiklərini vurğulayaraq, məscid və dini icmanın fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.