Şriftin ölçüsü:
Saytın rəngi:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Xankəndi şəhərində olublar.
Qonaqlar Xankəndi şəhərini gəziblər. Sammit iştirakçılarına şəhər haqqında, eləcə də burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov bildirib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır.
Qeyd edək ki, noyabrın 5-6-da Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, nüfuzlu dini mərkəzlərin rəhbərləri, həmçinin media nümayəndələri qatılıb.