Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
21.05.2025 / Xəbərlər

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 21-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.

Görüş zamanı xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətləri məmnunluqla vurğulanıb, tarixi köklərə söykənərək strateji müttəfiqlik səviyyəsinə çatmış Türkiyə-Azərbaycan əlaqələri yüksək qiymətləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Diyanət İşləri İdarəsi, həmçinin Azərbaycan İlahiyyat İnstitutu ilə qardaş ölkənin təhsil müəssisələri arasındakı uğurlu əməkdaşlığın əhəmiyyətinə toxunulub. Eyni zamanda Dövlət Komitəsinin Ramazan ayında İğdır və Qarsda təşkil etdiyi həmrəylik və birliyin təcəssümü olan iftar mərasimlərinin, keçirilən görüşlərin önəmindən bəhs edilərək birgə fəaliyyətin davam etdirilməsinin perspektivləri müzakirə edilib.

Ölkəmizdə yeni fəaliyyətə başlayan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.