Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
04.09.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Təzəpir məscidində olub

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Təzəpir məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dövlət Komitəsinin sədri din xadimləri ilə görüşdə Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində müəyyən etdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsindən danışıb. Qeyd edib ki, Azərbaycan dövləti minillikləri əhatə edən tarixə malik mütərəqqi ənənələrimizi layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır.

Dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasına diqqət çəkən Ramin Məmmədov bildirib ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün də mühüm mərkəzə çevrilib. Bəşəriyyətin mədəni irsinin qorunmasına, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verən, insanları mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə təşəbbüsləri dünyada yüksək qiymətləndirilir.

Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin böyük əhəmiyyətə malik olduğunu bildirən din xadimləri xalqımıza xas mənəvi dəyərlərin təbliğində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər. Ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, din xadimlərinin dövlətin qayğısı ilə əhatə edilməsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.