Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 11-də Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Siyəzən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Siyəzən şəhəri, H.Əliyev pr. 92 ) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.