Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun noyabrın 15-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Dövlət Komitəsinin sədri noyabr ayının 14-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215-21-30, (070) 220-00-20, chairman@scara.gov.az, dk-shirvan@scara.gov.az) müraciət etmələri xahiş olunur.