Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
13.05.2025 / Xəbərlər

Dövlət Komitəsinin sədri Qəbələdə tələbənin evini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti mayın 12-də Qəbələ rayonunda “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Xəqani Şəfiyevin ailəsinin qonağı olublar.

Komitə sədri ölkəmizdə gənclərin milli ruhda, mənəvi dəyərlərə bağlı, yüksəkintellektli, savadlı kadrlar kimi yetişməsi üçün dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Tələbələr üçün Aİİ-də yaradılmış elm-təhsil mühitinin bunun bariz nümunələrindən biri olduğunu vurğulayıb.

Ramin Məmmədov Aİİ ilə tələbələrin ailələri arasında sıx münasibətlərin təhsil prosesinə müsbət təsirindən də danışıb.

Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə və İnstitut heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Dövlət Komitəsinin sədri daha sonra Qəbələ rayonunda yerləşən Hacıalılı kənd məscidini ziyarət edib. Məscidin dini icmasının sədri və imamı Mehman Şəfiyev  ibadət ocağı haqqında məlumat verib.

Komitə sədri ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitin  daim qorunub-saxlanılmasının vacibliyinə toxunub. O bildirib ki, dövlət–din münasibətlərinin davamlı inkişafı, mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi istiqamətində din xadimlərinin, dini icma sədrlərinin üzərinə böyük məsuliyyət düşür. Ramin Məmmədov dini icma sədrinin övladı Xəqani Şəfiyevin gənc mütəxəssis kimi, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində səylə çalışacağına ümidvar olduğunu bildirib.