Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
18.04.2025 / Xəbərlər

Dövlət Komitəsinin sədri Oğuz rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Şəki şəhəri, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Oğuz şəhərində (Oğuz şəhəri, 20 yanvar küçəsi, 6) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki regional bölməsinə (əlaqə vasitələri: (024) 244 36 21, (070) 923 06 29, chairman@scara.gov.az, dk-sheki@scara.gov.az) müraciət etmələri xahiş olunur.