Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.