Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
30.10.2012 / Xəbərlər

Dövlət Komitəsinin sədri Gürcüstanlı Yepiskopu qəbul edib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gürcüstan Xornabuçi və Hereti Yepiskopu Melkisediki ilə görüşüb. Görüş zamanı dinlərarası dialoq və tolerantlıq mövzusunda fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri E. İskəndərov bildirib ki, bu gün Azərbaycanda elə bir tolerant mühit formalaşıb ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayırlar. “Bunun əyani sübutu olaraq ölkəmizin Şimal-Qərb bölgəsini göstərmək olar. Adıçəkilən bölgədə eyni rayonda, hətta eyni kənddə həm məscidlər, həm də kilsələr mövcuddur. Yəni, müsəlman və xristian icmaları bir yerdə yaşayır və bu vaxta qədər heç bir zaman dini zəmində azacıq da olsa, münaqişə yaşanmayıb.”
Gürcüstan Xornabuçi və Hereti Yepiskopu Melkisediki Dövlət Komitəsinin sədrinə görüş üçün təşəkkür edərək bildirib ki, bütün deyilənləri əyani şəkildə müşahidə edib. “Biz Azərbaycandakı dinlərarası münasibələrin bu səviyyədə olmasından çox məmnunuq. İnanırıq ki, bunun kökündə əsrlərlə formalaşmış mədəniyyət dayanır və bundan sonra da qorunub saxlanılacaq.”
Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq barədə bir sıra konkret layihələr də müzakirə olunub.