Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
01.11.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Binəqədi rayonu “Həzrəti İmam Əli” məscidini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 1-də Binəqədi rayonu “Həzrəti İmam Əli” məscidini ziyarət edib.

Din xadimləri ilə görüş zamanı Komitə sədri Azərbaycanın din sahəsində dövlət siyasətinin mükəmməl elmi-nəzəri bazaya söykəndiyini deyib. Bildirib ki, dini fanatizm və radikalizmin bütün təzahürlərinə qarşı mübarizə prioritet istiqamətlərdəndir. Azərbaycanda dini durumun sabit olması dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayan R.Məmmədov bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.

Görüşdə müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini diqqətə çatdıran din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.