Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 1-də Binəqədi qəsəbəsi Came məscidində din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstək verməyə davam edəcəyini vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.
Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımdan vacib olduğunu qeyd edib.
Daha sonra din xadimlərinin fikirləri dinlənilib. Onlar dövlətin dini icmalara qayğısıını yüksək qiymətləndirdiklərini bildiriblər. Dini tolerantlığın cəmiyyətdə birliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.