Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
26.09.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Bərdə türbəsində olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 25-də Bərdə türbəsini ziyarət edib.

Bildirilib ki, tarixi keçmişimizə, abidələrimizə həssaslıqla yanaşan Prezident İlham Əliyev tərəfindən türbənin bərpası ilə bağlı verilən göstəriş əsasında tarixi abidə əzəli görkəminə qaytarılıb. Eyni zamanda vurğulanıb ki, ölkəmizdə dövlət tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərilir. Tarixi, dini, mədəni abidələrin mühafizəsi, gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Qeyd olunub ki, Azərbaycanda möhkəm təməllər üzərində qurulan dövlət-din münasibətləri ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.