Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bərdə şəhər “İmamzadə” ziyarətgahının fəaliyyəti ilə tanış olub.
Ziyarətgahda çalışan din xadimləri ilə görüş zamanı Ramin Məmmədov ölkə rəhbərliyi tərəfindən din xadimlərinə, ibadət ocaqlarına göstərilən xüsusi diqqətdən bəhs edib. Eyni zamanda dini maarifləndirmə prosesində din xadimlərinin fəallığının təmin edilməsi istiqamətində aparılan işlər haqqında danışan Dövlət Komitəsinin sədri milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının bu gün daha çox aktual olduğunu vurğulayıb. Bildirib ki, din xadimləri gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün dini bilgilərin təhriflərdən uzaq formada çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidir.
Din xadimləri dini icmaların, milli-mənəvi dəyərlərin və vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra də görüləcək işlərə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.