Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi, Heydər Əliyev parkı) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (Əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, chairman@scara.gov.az, dk-sumqayit@scara.gov.az) müraciət etmələri xahiş olunur.