Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə görüşüb.
Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycanın qədim və zəngin tarixi, dövlətin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, o cümlədən nümunəvi birgəyaşayış mühitimiz barədə məlumat verib. Tələbələrin ölkəmizə göstərdiyi marağı yüksək qiymətləndirən Komitə sədri onların dil biliklərini möhkəmləndirmələri üçün təcrübə mübadiləsinin zəruriliyini qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə Briqam Yanq Universiteti arasında imzalanan Memorandumun bu prosesə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tələbələr Azərbaycan dilini böyük həvəs və məmnuniyyətlə öyrəndiklərini, bununla da ölkəmizlə bağlı geniş məlumatlar almaq imkanı əldə edəcəklərini vurğulayıblar.