Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev “Columbia International University”nin prezidenti Bill Cons ilə görüşüb.
Görüş zamanı qonağa Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verilib.
Qonaq vurğulayıb ki, Azərbaycanda dini konfessiya nümayəndələrinin dostluq şəraitində yaşamaları, “Alov” xristian dini icması da daxil olmaqla qeyri-müsəlman icmalarına göstərilən diqqət, məscid, ziyarətgahların, yəhudi, xristian məbədlərinin bərpası və təmiri Azərbaycan reallıqlarını, tolerantlıq mühitini əks etdirən göstəricilərdir.
Görüşdə, eyni zamanda Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsinin önəmi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm, təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.