Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
13.02.2025 / Xəbərlər

Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyi Penitensiar xidməti arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.

Tədbirlər Planına əsasən, cari il ərzində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarının təmin edilməsi, multikultural və  tolerantlıq dəyərlərinin təbliği, həmçinin vətənpərvərlik hisslərinin aşılanması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təşkil olunacaq tədbir və seminarlarda Dövlət Komitəsinin nümayəndələri, ilahiyyatçılar, həmçinin Penitensiar xidmətin əməkdaşları iştirak edəcəklər.