Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
14.02.2025 / Xəbərlər

Dövlət Komitəsi ilə Dövlət Sərhəd Xidməti arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dövlət Sərhəd Xidməti arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.

Tədbirlər Planına əsasən, cari il ərzində multikultural və  tolerantlıq dəyərlərinin təbliği, həmçinin vətənpərvərlik hisslərinin aşılanması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda dini radikalizmə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə müxtəlif mövzularda görüşlərin təşkili planlaşdırılır.

Təşkil olunacaq tədbir və seminarlarda Dövlət Komitəsinin nümayəndələri, ilahiyyatçılar, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edəcəklər.