Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
14.05.2025 / Xəbərlər

Biləsuvarda “28 May – Müstəqillik Günü. Milli birlik və həmrəylik” mövzusunda tədbir təşkil olunub

Mayın 14-də Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü. Milli birlik və həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşı Cavid Dadaşov, Biləsuvar şəhəri “İmam Zaman” məscidinin imamı Elvin Məmmədzadə, müəllimlər və məktəblilər iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayan tədbirdə çıxış edən natiqlər milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlardan söz açıblar. Həmçinin, Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilməsindən və qadın-kişi bərabərliyi təmin olunmasından danışılıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.