Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonu “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib. Bildirilib ki, dini radikalizm və ekstremizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların rolundan bəhs olunub.