Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
14.11.2012 / Xəbərlər

Bakıda "Din və etiqad azadlığı: Hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda konfrans keçirilir

Məqsəd din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirməkdir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunan tədbirdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mifodiy, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, yerli, eləcə dəTürkiyəli alimlər iştirak edirlər.

Konfransda “İnsan hüquqları və ictimai təhlükəsizlik kontekstində din və etiqad azadlığı”, “Azərbaycanda dini sektalar və təhlükəsizlik məsələləri”, “İslam dini sülh dinidir”, “Qloballaşma və vicdan azadlığı”, “Terrorçuluqla mübarizə” və s. mövzulara toxunulacaq. Konfransa 80 elmi iş daxil olub. Onlardan 63-ü konfransın materialları sırasına daxil edilib.