Şriftin ölçüsü:
Saytın rəngi:
İyul ayının 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Aşura günü ilə əlaqədar paytaxt, eləcə də bölgələrdə qanvermə aksiyaları keçirilir.
Bu il vətəndaşlara nəcib təşəbbüsdə fəal iştirak etmək üçün azad edilmiş ərazilərdə də şərait yaradılıb. İlk dəfə olaraq qanvermə məntəqələrinin siyahısına Şuşa və Ağdam məscidləri də daxil edilib.
Vətəndaşlar İslam dininin təməl prinsiplərinə uyğun olaraq xeyirxahlıq, ehtiyacı olan insanlara dəstək məqsədilə humanizm keyfiyyətlərini əks etdirən qanvermə prosesində aktiv iştirak edirlər.
Qeyd edək ki, aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 40-a yaxın məntəqədə təşkil edilib. Qanvermə məntəqələrindən 23-ü məscid və ziyarətgahlardır.