Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Görüş zamanı dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsinin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Eyni zamanda gənclərin milli ruhda tərbiyəsinin din xadimlərinin ümdə vəzifələri sırasında yer almasının zəruriliyi barədə danışılıb.