Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
17.04.2025 / Xəbərlər

Abşeronda “Uşaqlarda Vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” mövzusu müzakirə olunub

Aprelin 17-də Abşeron rayonunun Saray qəsəbə 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqlarda Vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları - Namiq Musayev, məsləhətçisi Əlizamin Şıxəliyev, Rayon Polis İdarəsinin baş inspektoru Elbrus Əhmədov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, uşaqların və gənc nəslin milli kimlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. 
Sonda iştirakçıların sualları cavablandırılıb.