Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
24.08.2024 / Press-relizlər

Ramin Məmmədov Misirdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının “Maarifləndirmədə Qadınların rolu” mövzusuna həsr olunmuş 1-ci Beynəlxalq Konfransında iştirak edəcək. 

2024-cü ilin 25-26 avqust tarixlərində Qahirə şəhərində keçiriləcək konfrans Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında təşkil olunur. Tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaq.

Konfransda qadınların maarifləndirmə siyasətinin formalaşmasında iştirakı, dini, eləcə də mədəni maarifləndirmədə, ailə və cəmiyyət quruculuğunda rolu, tolerantlıq və birgəyaşayış dəyərlərinin təbliğinə, sülhün təşviqinə töhfələri müzakirə olunacaq.