Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
01.05.2025 / Press-relizlər

Gəncədə “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meyilləri” mövzusunda tədbir keçirilib

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meyilləri” mövzusunda Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə zona toplantısı keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana kompleksində təşkil olunan tədbiri Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Aidə Qasımova açıq elan edib.

Daha sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev mövzu ilə bağlı çıxış ediblər.

Natiqlər bölgədə dini radikalizmin yayılma səbəbləri və gənclər arasında bu kimi təhlükəli meyillərin qarşısının alınması istiqamətində aparılan işlərdən danışıblar. Çıxışlarda həmçinin qurumlararası əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub, gəncləri maraqlandıran suallar cavablandırılıb.