Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
08.12.2023 / Press-relizlər

Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 53)  keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (018) 654-00-40, (070) 275-88-33, chairman@scwra.gov.az, dk-sumqayit@scwra.gov.az) müraciət etmələri xahiş olunur.