Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
05.07.2024 / Press-relizlər

Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 9-da Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, chairman@scara.gov.az, dk-tovuz@scara.gov.az) müraciət etmələri xahiş olunur.