Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 25-də Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Şəki şəhəri, Heydər Əliyev pr. 216) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244 36 21, (070) 663 22 33, chairman@scwra.gov.az, dk-sheki@scwra.gov.az) müraciət etmələri xahiş olunur.