Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
20.05.2024 / Press-relizlər

Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 23-də Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 10:00-da Şamaxı şəhərindəki Yaradıcılıq Mərkəzində (Ünvan: Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 146) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65,  chairman@scara.gov.az, dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.