Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı aprelin 28-də Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov küçəsi, 7) saat 11:00-da keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov
Əlaqə vasitələri:
(070) 220-00-20
(021) 215 21 30
chairman@scwra.gov.az
dk-shirvan@scwra.gov.az