Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
22.02.2019 / Press-relizlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 27-də Şirvan şəhəri və Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

 

DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov

Əlaqə vasitələri:

Mob: (070) 220-00-20

Telefon: (021) 21 5 -21 -30

Elektron poçt ünvanları:

info@scwra.gov.az

chairman@scwra.gov.az

dk-shirvan@scwra.gov.az