Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
24.10.2019 / Press-relizlər

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Qəbul oktyabrın 29-da saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Yardımlı rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə oktyabr ayının 25-də Lerik rayon Mədəniyyət Mərkəzində saat 10:00-da vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı və Lənkəran bölgələri üzrə şöbələrinə müraciət etmələri xahiş olunur.

Əlaqə vasitələri:

Mob: (050) 319-33-93; (050) 380-27-43

Telefon: (02521) 5-51- 59; (02525) 5-39-84

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-masalli@scwra.gov.az

dk-lenkeran@scwra.gov.az