Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Press-relizlər
01.06.2025 / Press-relizlər

Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib

Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti Bakıda 44 günlük tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkını ziyarət edib. Qonaqlara Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki,  ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.