Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
06.04.2021 / Müsahibələr

Mübariz Qurbanlının Qazaxıstanın ea-posts.kz portalında müsahibəsi dərc edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının israilli jurnalist Raşel Avrahama verdiyi müsahibə Qazaxıstanın ea-posts.kz portalında dərc edilib.

Mübariz Qurbanlı müsahibəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsindəki həm müsəlman, həm də xristian dini abidələrini dağıtması, o cümlədən mədəni irsi yerlə yeksan etməsi və bəzi beynəlxalq qurumların buna göz yummasını vurğulayıb.

Komitə sədri erməni işğalçıları tərəfindən Qafqazın mədəniyyət beşiyi  hesab olunan Qarabağdakı mədəni, tarixi və dini abidələrin dağıdılmasını İŞİD-in Suriyanın qədim şəhəri Palmira və İraqın Nimrud şəhərində törətdiyi dağıntılar ilə müqayisə edib.

Müsahibədə qeyd edilib ki, Ermənistan işğal altında olan ərazilərdə Azərbaycan xalqının irsini və izlərini silməyə çalışıb və bir çox şəhər və kənd adlarını dəyişdirib. Lakin, Azərbaycanın böyük qələbəsi ilə işğal altından azad olunan torpaqlarda artıq dövlət tərəfindən kəndlərin, şəhərlərin, eləcə də dini abidələrin, məscidlərin tikintisi və bərpası üzrə layihəyə başlanıldığı vurğulanıb.

 

Ətraflı:

https://ea-posts.kz/%d0%bc-%d0%b3%d1%83%d1%80%d0%b1%d0%b0%d0%bd%d0%bb%d1%8b-%d0%bf%d0%be%d1%87%d1%82%d0%b8-%d0%b2%d1%81%d0%b5-%d0%b8%d0%b7-128-%d0%b0%d0%bb%d0%b1%d0%b0%d0%bd%d1%81%d0%ba%d0%b8%d1%85-%d1%85%d1%80%d0%b0/?fbclid=IwAR0kkciS4pVAeBDJj07-DD65xjYVarKTda4cwnyZ9s-2vZiW24A9aOD5weU