Şriftin ölçüsü:
Saytın rəngi:
“Şanlı Ordumuz yeni tarix yazır və bu tarixin Baş Komandanı cənab Prezidentimizdir”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 15-də Azərbaycan televiziyasında yayımlanan “Əsas məsələ” proqramında çıxışı zamanı bildirib. Komitə sədri onu da vurğulayıb ki, bu uğurlar davamlı olacaq və sonunda ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
Mübariz Qurbanlının sözlərinə görə, müharibə bir neçə istiqamətdə gedir: “Hərbi cəbhədə zabitlər, əsgərlər düşmənlə üz-üzədir və üzərlərinə düşən vəzifəni yüksək əzmlə yerinə yetirirlər. Müharibə iqtisadi, diplomatiya və informasiya sahələrində də gedir və burada da Azərbaycan üstünlüklərini nümayiş etdirir”-, deyə DQİDK-nın sədri əlavə edib.
Verilişi aşağıdakı linkə daxil olmaqla izləyə bilərsiniz: