Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Müsahibələr
12.04.2022 / Müsahibələr

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Real TV-yə müsahibə verib

Prezident İlham Əliyevin ötən gün yeni binasının açılışında iştirak etdiyi Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti və gələcək hədəfləri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Real İntervyu”da sualları cavablandırıb.

Komitə sədri müsahibəsində İnstitutun yaradılmasının vacibliyindən  danışaraq bildirib ki, ölkəmizdə dini-mənəvi mühitin qorunub saxlanılmasında peşəkar kadrlara olan ehtiyac, eyni zamanda Azərbaycanın İslam dünyasının önəmli mərkəzlərindən biri olması dini təhsilin dövlət nəzarətində və elmi əsaslarla aparılmasını zərurətə çevirmişdir. Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını xalqımızın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması baxımından uzaqgörən addım kimi qeyd edən Komitə sədri, eyni zamanda bu istiqamətdə qəbul edilmiş qərarları dini sahəyə göstərilən diqqətin və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, təhsil ocağının dərin dünyəvi və dini biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələri yerinə yetirməsi üçün yeni bina ilə təmin edilməsinə ehtiyac yaranmışdı. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun Ramazan ayında yeni binasının açılışında iştirakını ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarına verilən önəmin bariz göstəricisi olduğunu bir daha vurğulayıb.

Həmçinin İnstitutun fəaliyyəti ilə bağlı sualı cavablandıran Komitə rəsmisi təhsil müəssisəsinin Azərbaycanın xarici dini təsirlərdən asılılığını azaltmaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.  M.Qurbanlı təhsil ocağının ötən müddət ərzində mühüm nailiyyətlərə imza atdığını, beynəlxalq mübadilə proqramları, yerli və xarici ölkə universitetləri ilə imzalanan ikitərəfli əməkdaşlığa dair memorandumlar və s. tədbirləri reallaşdırdığını diqqətə çatdırıb.

Müsahibəni aşağıdakı linkə keçid alaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=sEIGhqUdUr0