Şriftin ölçüsü:
Saytın rəngi:
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Polşanın həftəlik “Tygodnik Powszechny” qəzetinə müsahibə verib. İcma sədri müsahibəsində Azərbaycandakı dinlərarası və millətlərarası tolerantlıq mühiti, Qafqaz albanlarının hüquqi varisləri olan udi etnosunun öz ana dili və milli adət-ənənələrini qoruyub saxlamaları barədə danışıb.
Ölkəmizin dövlət-din modeli, dini mühiti, müxtəlif dini konfessiyalara göstərilən diqqət və qayğıya toxunan R.Mobili fərqli dini-mədəni dəyərlərə tolerant münasibətin vacibliyinə diqqət çəkib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tarixi-mədəni irsin və milli-mənəvi dəyərlərin dirçəldilməsinə, qorunub saxlanmasına daim böyük önəm verildiyini vurğulayıb. Heydər Əliyev Fondunun ölkəmizdə dini abidələrin qorunması və bərpasına yardım etməsini də diqqətçəkən məqam kimi qeyd edib.
Eyni zamanda müsahibədə dini tolerantlıq və etnik müxtəliflik şəraitində Alban-Udi kilsəsinin mövcudluğunu şərtləndirən tarixi köklərin əhəmiyyəti, müxtəlif aspektlər, faktlar və şərtlər üzərindən Alban kilsəsinin dirçəlməsi məsələsinə də toxunulur.
Qeyd edək ki, sözügedən müsahibə qəzetin saytında da yerləşdirilib.