İsrailin nüfuzlu “Yerusəlim Post” qəzetində “Avropa İttifaqı Azərbaycanın dini tolerantlıq modelini öyrənir” başlıqlı yazı yayımlanıb.
Məqalədə 2018-ci ilin 26-28 iyun tarixlərində Azərbaycanda fəaliyyət göstərən dini icma üzvlərindən ibarət nümayəndə heyətinin səfərinə toxunulur. Qeyd edilir ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın növbəti prioritetlərindən biri də ölkəmizin dövlət-din münasibətləri sahəsində əldə eetdiyi nümunəvi təcrübənin bölüşdürülməsidir. Həmçinin məqalədə dini və mədəni müxtəlifliyin idarə edilməsi sahəsində uğurlu siyasi təcrübəyə malik olan və dünyəvi müsəlman ölkəsi Azərbaycanın həm İslam, həm də Qərb dünyası üçün nümunəvi tərəfdaş olduğu vurğulanıb. Dini icma üzvlərinin Avropa İttifaqının nümayəndələri ilə görüşlərinə toxunan müəllif Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində Aİ-nin səylərinin daha da gücləndirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, məqalənin müəllifi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanovdur.
Yazını aşağıdakı linkə keçid edərək oxuya bilərsiniz: