Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
24.09.2020 / Məqalə

Misirin nüfuzlu portalında DQİDK əməkdaşının məqaləsi nəşr olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Misirin nüfuzlu "ALDİPLOMASY" xəbər portalında ingilis dilində “Religious Sites As Tourism Attractions of Azerbaijan” (Azərbaycanın Dini Yerləri Turistik Məkanlar kimi) adlı məqaləsi dərc olunub.

Məqalədə qədim dövrlərdən indiyədək ölkəmizdə mövcud olan, Azərbaycanın mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən, müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları haqda yığcam məlumatlar verilib, dini məbədlərin tarixi əhəmiyyətindən, memarlıq xüsusiyyətlərindən söz açılıb. Məqalənin məqsədi əcnəbi oxuculara dini turistik imkanlarımızı tanıtmaqla bu sahədə beynəlxalq ictimaiyyətdə ölkəmizə marağın artırılmasına nail olmaqdan ibarətdir.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.aldiplomasy.com/en/?p=21228&fbclid=IwAR10-3mXWxJtTPKv2B8UoUEOY0fmRHco-TnV9lA3ZViTGSeqxBAqmjyLYj4