Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
04.10.2016 / Məqalə

“Jewish Journal” nəşrində Roma Papasının Bakıya səfəri barədə məqalə dərc edilib

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edilib. Müəllif Azərbaycandakı Heydər məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə unikal görüşü barədə yazır.
M.Yevdayevin qeyd etdiyi kimi, katolik kilsəsinin rəhbəri vurğulayıb ki, Azərbaycan çoxmədəniyyətli özünüifadə modelidir və bütün dünya bu məqama diqqət yetirməlidir. Müəllif yazır ki, Papanın səfəri Azərbaycanda növbəti qlobal multikultural tədbirdən – 5-ci Bakı Beynəlxalq Humanitar Forumundan dərhal sonra baş tutub. Bu forumda 80 ölkədən gəlmiş yüzlərlə lider müasir dövrün ən əhəmiyyətli məsələlərini, ölkələr, mədəniyyətlər və icmalar arasında qarşılıqlı münasibətlər qurulması problemlərini müzakirə ediblər.