Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
03.09.2020 / Məqalə

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi ABŞ-ın məşhur xəbər portalında dərc edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin ABŞ-ın “Muslim World Today” portalında  “Azərbaycanın tarixi ərazilərində və işğal edilmiş torpaqlarında dini irsi məhv edilmə təhlükəsi altında” (“Religious Heritage of Azerbaijan In Occupied and Historical Territories Threatened by Erasure”) adlı məqaləsi dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, işğal edilmiş ərazilər və bu faktın beynəlxalq sənədlərdə əksi, eləcə də tarixi Azərbaycan şəhəri İrəvanda və işğal altındakı rayonlarda dini ibadət yerlərimizin dağıdılması, Azərbaycanın irsinin dəyişdirilərək İran – fars abidələri kimi təqdim edilməsi, o cümlədən Şuşadakı Rus Provaslav kilsəsinin qriqorianlaşdırılması və s. faktlar barədə istinadlarla geniş məlumat verilib.

Azərbaycan haqqında ümumi məlumatların da yer aldığı məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 

https://www.muslimworldtoday.org/_religious_heritage_of_azerbaijan_in_occupied_and_historical_territories_threatened_by_erasure