Şriftin ölçüsü:
Saytın rəngi:
Misir Ərəb Respublikasının nüfuzlu media portallarından biri olan “www.aldiplomacy.com” xəbər portalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin məsləhətçisi Səfər Səfərlinin "Azərbaycanda qeyri-müsəlman dini azlıqlar" başlıqlı məqaləsi dərc edilib. Azərbaycandakı Xristianlıq, Yəhudilik, Zərdüştlük, Bəhailik və Hinduizmin tarixindən bəhs edilən məqalədə xalqımızın sülh şəraitində birgəyaşayış modelindən söz açılıb. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə, son günlərdə Tovuzda törətdikləri təxribatlara da toxunulub.
Azərbaycanın hər zaman sülh və birgəyaşayış prinsiplərinə söykənərək ölkədə mövcud nümunəvi dini tolerantlıq və multikulturalizm ənənələrini layiqincə qoruyub saxlaması, eləcə də, bunun dünyada təbliğində müstəsna rol oynaması da məqalədə yer alıb.
Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: