Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
19.05.2018 / Məqalə

Azərbaycan nümayəndə heyətinin ABŞ-a rəsmi səfəri barədə yerli mətbuatda məqalələr dərc edilib

ABŞ-da geniş oxucu kütləsi toplamış ingilisdilli məşhur " The Jerusalem Post" və “postsBlaze” qəzetlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyətinin görüşləri barədə məqalələr dərc edilib.
Məqalələrdə bir çox ölkələrdə dini zəmində ürəkaçan mənzərə olmasa da, əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayış modelinə malik olduğu vurğulanır. Bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığın Azərbaycan xalqının min illiklər boyu formalaşmış xarakterik xüsusiyyəti olduğu qeyd edilir. Bildirilir ki, tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqat aparılmasına ehtiyac yoxdur. Çünki əsrlər boyu kilsələr və sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərmiş, nəticədə Azərbaycan tolerantlıq mərkəzlərindən birinə çevrilmişdir. Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də gələcək inkişafının və sabitliyinin təminatıdır.
Vurğulanır ki, ölkəmizdə bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarımn əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinə qayğı və diqqət göstərir.
Diqqətə çatdırılır ki, Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Multikulturalizmə meyillərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq müxtəlif dünya ölkələri tərəfindən də təqdir olunmaqdadır.
Məqalələrdə, eyni zamanda nümayəndə heyətinin səfər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətinə də toxunulur. Azərbaycanın gələcəkdə də dini harmoniya və multikulturalizm sahəsində irəliləyəcəyi qeyd olunur.