Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
23.10.2018 / Məqalə

Azərbaycan-İsrail: unikal tərəfdaşlıq və dostluq

ABŞ-ın nüfuzlu "posts Blaze" nəşrində jurnalist və publisist Nurit Qrinqerin “Azərbaycan-İsrail: unikal tərəfdaşlıq və dostluq”  başlıqlı məqaləsi dərc edilib.

Müəllif məqalədə İsrail müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərindən, eləcə də İsraillə Azərbaycan arasında olan iqtisadi, hərbi, mədəni və turizm əməkdaşlığından bəhs edib. İsrailin nümayəndə heyətinin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun məzarlarını ziyarət etməsi xüsusi vurğulanıb. Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin İsrail ilə dostluğu müxtəlif sahələrdə genişlənib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif məqaləsində bildirir ki, İsrail ölkəmizin haqlı mövqeyini dəstəkləyir və Azərbaycanla hərbi sahədə əməkdaşlıq edir.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin ölkəmizin dövlət müstəqilliyi bərpa olunduqdan sonra yarandığı qeyd olunan məqalədə Nurit Qringer bildirir ki, son 25 il ərzində əhalisinin çoxunu müsəlmanlar təşkil edən Azərbaycan və yəhudi dövləti İsrail arasında olan dostluq münasibətlərinin inkişafı mədəniyyət, elm, kənd təsərrüfatı, təhlükəsizlik, turizm və iqtisadiyyat kimi sahələrə müsbət təsir göstərib. Müəllif yazır ki, bu dostluq münasibətlərinə təsir göstərən faktlardan biri də yəhudilərin Azərbaycanda 2000 ildən artıq müddətə yaşaması və burada indiyədək antisemitizm və ayrı-seçkiliyin olmamasıdır.

Məqalənin orijinalı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz

https://postsblaze.com/thoughts/opinions/azerbaijan-israel-friendship_139718/