Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
02.03.2021 / Məqalə

Alman mətbuatında “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqalə dərc edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Axundovun alman mətbuatında “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqaləsi dərc edilib. Məqalədə XIX əsrin əvvəllərindən etibarən alman ailələrinin Azərbaycana gəlişinə nəzər yetirilərək onların burada məşğuliyyəti, Azəbaycan iqtisadiyyatına, mədəniyyətinə verdiyi töhfələr barədə məlumat verilir, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan hökuməti tərəfindən lüteranlığın dirçəlişinə şərait yaradılması, lüteran dini icmasının bərpası və inkişafı istiqamətində atılan addımlara toxunulur. Həmçinin, Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə müxtəlif tədbirlərin həyata keçirilməsi, ölkə başçısının bu barədə müvafiq sərəncam imzalamasından bəhs edilir.

Məqalədə eyni zamanda, Almaniya auditoriyasının daha yaxından tanış olması məqsədilə Azərbaycan Respublikası ilə bağlı həqiqətlər nəzərə çatdırılır. Xüsusən 30 ilə yaxın müddət ərzində Azərbaycanın Ermənistanın təcavüzkarlığından əziyyət çəkməsi, XX əsrin insanlığa qarşı ən dəhşətli cinayətlərindən hesab edilən Xocalı soyqırımı, işğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi-mənəvi irsinin ermənilər tərəfindən məhv edilməsi və ya erməniləşdirilməsi barədə məlumat verilir. Keçən il sentyabr ayının 27-dən noyabr ayının 10-dək Ermənistan tərəfinin başladığı hərbi hucuma cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks hücumla işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların düşmən tapdağından azad edilməsinə, işğaldan azad edilən torpaqlarımızda dağıdılan tarixi-dini abidələrimizə diqqət çəkilir.