Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
01.09.2016 / Məqalə

ABŞ-ın “American Spectator” portalında “Müsəlman müttəfiq nə üçün önəmlidir?” başlıqlı məqalə dərc edilib

ABŞ-ın “American Spectator” portalında “Müsəlman müttəfiq nə üçün önəmlidir?” başlıqlı məqalə dərc edilib. Məqalədə adıçəkilən ölkələr sırasında Azərbaycanın da adı qeyd olunur. Həmçinin, Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinə və bu sahədə görülən işlərə geniş yer verilib.
 
Məqaləni nəzərinizə çatdırırıq:
 
"Müsəlman Müttəfiq nə üçün önəmlidir?"
Terrorun tuğyan etdiyi bir dövrdə Müsəlman Müttəffiqin önəmi
 
Müəllif: Mayan Caffe Hofman (20 il jurnalist işləyib. “Jerusalem Post” qəzetinin xəbərlər bölməsinin redaktoru, “Baltimore Jewish Times” nəşrinin baş redaktoru olub. Beynəlxalq münasibətlər və siyasi sahədə yüzlərlə məqalənin müəllifidir. Bu məqalələr dünyanın müxtəlif ölkələrinin mətbu orqanlarında dərc olunub)
 
01.09.2016
 
Terror əsrində faydalı ola biləcək müsəlman ölkələri var.
Birləşmiş Ştatlar və onun müttəfiqlərinin  ərazisində  terror təhlükəsinin yeni gərginliyi  və intensivliyi  hökm sürür. Hesabatlara görə , 2016-ci ildə  50 ölkədə 1274 terror aktı törədilməsi nəticəsində 11.774 nəfər öldürülüb, 14.303  nəfər isə yaralanıb.
Əsas diqqətimizi Yaxın Şərq və Avrasiya ölkələri istiqamətində Müsəlman Müttəfiqləri axtarmağa yönətməliyik. Belə ki, bu bölgədə demokratik, dünyəvi və  müasir açıq aydın kömək etmək istəyən çoxlu sayda müsəlman ölkələri var. Qərb dini stereotipləri qırmaq istəyən belə ölkələrə kömək etməlidi və onları dəstəkləməlidir. Buna nümunə olaraq,  dövlətin rolunda  qadın hüquqlarına önəm verən dövlətləri göstərmək olar . Belə ki, qadınlar  iqtisadiyyat, siyasət, təhsil və bir çox sahələrdə əsas rol oynamasına Azərbaycan, Albaniya və Qazaxıstan kimi dövlətər xüsusi diqqət göstərir.
Müsəlman müttəfiqləri sırasında Xəzər dənizi sahilində yerləşən Azərbaycanı qeyd etməliyik.  Azərbaycan Konstitusiyasından aydın görünür ki, “ Azərbaycan "demokratik, hüquqi, dünyəvi, unitar respublikadır." Din və dövlətin bir-birindən ayrı olması və bunun hüquqi bazasında  öz əksini tapması  bu ölkədəki dini vəziyyəti nəzərdən keçirməyə əsas verir.
Azərbaycan insan hüquqlarının pozulmasına görə tənqid edilməsinə baxmayaraq, bir çox sahələrdə keçmiş Sovet ölkələrindən inkişafda ön plana keçmişdir. Azərbaycan dövləti heç bir ayrı-seçkiliyə yol vermədən bütün dinlərdən olan insanların etiqadını həyata keçirməsinə şərait yaradır. Yaxın Şərqdə də daxil olmaqla dünyanın heç bir regionunda Azərbaycanda olduğu kimi Yəhudilər, Müsəlmanlar və Xristianların birgə harmoniya şəklində yaşamırlar.  Pew Research- ün 2013-cü il araşdırmasına  görə, əhalisinin çox hissəsi Müsəlman olan dünyəvi ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda sünni-şiələr arasında gərginlik 1% qeydə alınmışdır. Eyni zamanda, Azərbaycan dini ekstremizmə qarşı sərt mübarizə aparır.
Dini  radikallaşmanın erkən qarşısının alınması və İŞİD təhlükəsinə qarşı mübarizəni möhkəmləndirilməsi ilə bağlı monitorinqlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Bu qurum yerli axund və imamlara xarici təsirlərin qarşısının alınması ilə bağlı təlimlər keçir.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bütün dini icmaları qeydə alır, çirkli pulların yuyulması  və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə aparır. Eyni zamanda, Dövlət Komitəsi radikallaşma meyillərinin güclənməsində əsas mənbələrdən biri hesab edilən  dini ədəbiyyatlara da nəzarət edir.
Amerika millət vəkillərini  Qərb ölkələri ilə  oxşar  problemləri- səhiyyə, təhsil , iş və s. olan   Azərbaycan  kimi ölkələrə kömək etməyi düşündürür.
Qeyd edək ki, son dövrlərdə Azərbaycan ilə İran arasında daha dərin iqtisadi və siyasi əlaqələr yaranıb. Bu, Azərbaycana İran hakimiyyətinin əsas hədəflərini başa düşməyə imkan verir. Azərbaycan-İran əlaqələri regional ticarəti və iqtisadi inkişafı stimullaşdıra, etnik, dini hətta regional münaqişələrin həllinə yardım göstərə və Avropa İttifaqı-İran, ABŞ-İran əlaqələrinin inkişafında güclü rol oynaya bilər. Azərbaycan, Albaniya və Qazaxıstan daxil olmaqla, bir çox ölkələr ABŞ, Avropa İttifaqı və NATO ilə birgə çalışır. Odur ki, onlardan məsləhət almalıyıq.