Şriftin ölçüsü:

Saytın rəngi:

10.04.2025 / Bölgə xəbərləri

Zərdabda maarifləndirmə tədbiri keçirilib

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda bildirilib ki, gənclər milli-mənəvi və əxlaqi dəyərlər əsasında tərbiyə olunmalıdırlar. Diqqətə çatdırılıb ki, əxlaqi dəyərlər gənclərin sağlam həyat tərzinə mühüm töhfələr verir.

Tədbir müzakirələrlə davam etdirilib.